28 dekabr 2011 - 20:30

'Əziz, igid, fədakar və izzətli qardaşım! Yalnız əllərindən öpmək istədiyimi ifadə etmək istəyirəm...”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: 'İsra Mədəniyyət Mərkəzi'-nin sədri Hacı Tale Bağırovun son məhkəmə prosesində söylədiyi son sözlərinə münasibət bildirdi.

May ayının 6-sı, Hicaba azadlıq aksiyasında həbs olunan ilahiyyatçı Hacı Tale Bağırovun son məhkəmə prosesində söylədiyi son sözlərinə, 'İsra Mədəniyyət Mərkəzi'-nin sədri Nürəddin Şirin münasibət bildirib.

Nürəddin Şirin Hacı Tale Bağırovun çıxaşına münasibətini Azadxeber.az saytına şərh yazaraq ünvanlayıb. Türkiyənin 'İsra Mədəniyyət Mərkəzi'-nin rəhbəri yazdığı şərhdə Hacı Tale Bağırova müraciət edərək qeyd edib ki: 'Əziz, igid, fədakar və izzətli qardaşım! Yalnız əllərindən öpmək istədiyimi ifadə etmək istəyirəm. Biz hər vaxt sizinləyik. Allah buna şahiddir. Allah düşmənləri bunun nə mənanı verdiyini çox yaxında görəcəklər'.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır