25 dekabr 2011 - 20:30

Qətərin Baş Naziri Ərəbistan hakimiyyətini devirəcəklərini bildirib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Qətər Baş Nazirinin məxfi audioyazısı dünyada, xüsusilə Ərəbistanda səs-küyə səbəb olub.

“Əl-Aləm” telekanalı bildirib ki, baş Nazir Həmd bin Casim bin Cəbr Ali Sani məxfi görüşlərinin birində deyib: “Şübhəsiz Ali Səudu (Ərəbistandakı hakim zümrə) Qətər devirəcək. Bir gün Qətər Əş-şərqiyyə və Əl-qətif (bu şəhərlər Ərəbistanın şərqində yerləşir) şəhərlərinə daxil olacaq. Ərəbistan parçalanacaq. Bu ölkənin hazırkı rejimi piramidaya bənzəyir. Bu piramidanın başında isə yazıq Məlik Abdullah yerləşir. Ərəbistannda dəyişiklik etmək üçün bu ölkənin ordusuna ümid etmək mənasızdır. Amerika və İngiltərə də Ərəbistanın hazırkı rejimini dəyişmək niyyətində olduqlarını bizə bildiriblər. Onlar bununla bağlı bizim tərəfimizdən hesabat hazırlanmasını istəyiblər.” Həmd bin Casim deyib: “Qətər dövləti hal hazırda öz mövqeyini daha da möhkəmlədərək, Ərəbistanı qabaqlayıb. Artıq Amerika bazaları Qətərə köçürülməkdədir. Biz tədrici olaraq Ərəbistanın ərəb dünyasında olan ağalığını məhdudlaşdıraraq özümüzü tanıtdıra bilmişik.”

Qətər rəsmilərinin belə bir açıqlaması Ərəbistan və Qətər arasında gərginliyi artırıb. Ərəbistanın bunu cavabsız qoymayacağı və Qətərə qarşı kütləvi təxribat həyata keçirəcəyi gözlənilir. Bu isə iki Qərb və İsrail müttəfiqləri arasında münaqişənin alovlanması deməkdir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır