Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Sarkozi, Fransa parlamentində qəbul edilən ermənipərəst qanunun qəbul edilməsinə reaksiya verməyən Azərbaycan prezidentinə ad günü təbriki göndərdi
"CNNtürk" telekanalı bildirir ki, ictimaiyyətdə "soyqırımı inkar qanunu" olaraq tanınan və 1915-ci il hadisələriylə əlaqədar erməni iddialarının rədd edilməsini cinayət sayan qanun təklifi, Fransa parlamentində müzakirəyə çıxarılan zaman Sarkoziyə zəng edən Türkiyə prezidenti Abdullah Gülün telefonları cavabsız qalmışdı.
Telekanlın yaydığı xəbərdə bildirilir ki, prezident Abdullah Gülün telefonlarına cavab verməyən Nikola Sarkozi, dünən Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərərək onu 50 yaşı münasibəti ilə təbrik edib.
Xəbərdə həmçinin qeyd edilir ki, Sarkozi, Fransa parlamentində qəbul edilən ermənipərəst qanunun qəbul edilməsinə reaksiya verməyən Azərbaycan prezidentinə ad günü təbriki göndərir.
Qeyd edək ki, Sarkozinin göndərdiyi təbrik məktubunda deyilir:
"Cənab Prezident, əziz İlham. Mən 50 illik yubileyiniz münasibətilə Sizə şəxsi səadət arzularımı çatdırıram. Bu arzuları, eyni zamanda, Sizin həyat yoldaşınıza və mənim oktyabrın 7-də Bakıya rəsmi səfərim zamanı qonaqpərvərliyindən və işgüzarlığından məmnun qaldığım Azərbaycan xalqına da aid edirəm. Sizin və xanım Əliyevanın məni qarşılamağınızdan ən gözəl xatirələrim qalıb. Bizim aramızda olan şəxsi münasibətlər Azərbaycan və Fransa arasında qurmaq istədiyimiz xüsusi əlaqələr üçün çox qiymətli amildir. Biz regional stabillik, Avropanın enerji sahəsində gələcəyi, cəmiyyətdə dinlərin tutduğu yer və əlbəttə ki, sülh yolu ilə həll edilməsi hər iki tərəf üçün çox əhəmiyyətli olan və Fransanın da tamamilə bu prosesə qatıldığı Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi apardıq. Biz bütün bu mövzular üzrə ümumi razılıq əldə etdik və mən istərdim ki, bu mövzular bizim ölkələr arasında strateji əməkdaşlıq haqqında razılaşma üçün müzakirələrin başlanğıcı olsun və bu proses bizim diplomatlar tərəfindən davam etdirilsin. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasında növbəti iki il ərzində yer alması faktı çoxşaxəli siyasətin bütün mövzuları üzrə bizim aramızda əlaqələrin çoxsahəli və intensiv olması imkanı yaratmalıdır. Sizi inandırıram ki, Fransa tam səmimi olaraq hər dəfə münasib bildiyiniz zaman Sizinlə öz təcrübəsini paylaşmaq üçün əlindən gələni edəcəkdir.
Bakıda tikiləcək fransız liseyinin ilk təməl daşını qoymaqla, biz rəmzi olaraq Fransa-Azərbaycan ikitərəfli münasibətlərini möhkəm bünövrə üzərində qurduq və buna görə Sizə təşəkkür edirəm."
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır