20 dekabr 2011 - 20:30

Rayon sakinləri icra başçısının cəzalandırılmasını tələb edir

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin öbaşınalığına qarşı rayonda və onun kəndlərində sakinlər aclıq aksiyasına başlayıblar. Masallı Ziyalıları İctimai Birliyinin 18 dekabr 2011-ci ildə saat 15-00 da başladığı “Hər evdə aclıq” aksiyasında iştirak edənlərin sayı günbəgün artmaqdadır. Bu barədə “Bizim Yol”a məlumatı ictimai birlikdən veriblər.

Aksiyanın səbəb olaraq aşağıdakılar göstərilir; Qəzənfər Ağayevin Masallıda yaratdığı dözülməz vəziyyət, rayonun abadlığı üçün dövlət büdcəsindən ayrılan pulların mənimsəməsi hesabına şəxsi biznesini yaratması, sahibkarlara qarşı başladığı “səlib yürüşü”, vətəndaşların yaşamaq, işləmək və mülkiyyət hüquqlarına məhəl qoyulmaması və bu hüquqların kobud şəkildə pozulması, icra başçısının ətrafına yığdığı səriştəsiz kadrlarla dövlət başçısı İlham Əliyevin siyasətini gözdən salması, Qəzənfər Ağayevin törətdiyi cinayət əməlləri barəsində dövlətimizin ən ali orqanlarına rəsmi olaraq etdiyimiz şikayətlərə heç bir məhəl qoyulmaması, müraciətimizin araşdırılmaması və ərizəçilərə cavab verilməsi.

Aclıq aksiyasının iştirakçısı Ramil İbadullayevin sözlərinə görə, nəticə olmazsa Bakıya yürüş edəcəklər: “Bunlar da nəticəsiz olarsa ölkə vətəndaşlığından imtina ediləcək. Bizim başqa yolumuz da yoxdur. Tələb edirik ki, şikayət etdiyimiz müvafiq dövlət qurumları yazdığımız ərizələri ararşıdırsın və nəticəsini bizə bildirsin”.

Masallı Ziyalıları İctimai Birliyinin sərdi Məmmədağa Eynullayev “Bizim Yol”a əməkdaşı ilə əlaqə saxlayaraq aksiyaçılardan olan və görüntüləri yayan Hikmət Babyevin polisin saxladığını bildirdi; “Evlərdə keçirlinən aclıq aksiyasında iştirak edən sakinləri foto və video komeralara çəkdiyi və mətbuata yaydığı üçün rayonun polis şöbəsinin rəisi Əlifağa Kazımovun göstərişi ilə şöbəyə aparıblar”.

Axşam saatlarında Hikmət Babayevlə əlaqə saxldıq: “Polis rəisi mənə kilp çəkən sənsənmi» deyə sourşdu. Mən də bildirdim ki, klip çəkmək mənlik deyil. O, məndən aksiyada apardığım çəkilişi istədi. Video və foto görüntülərin məndə olmadığını bildirdim. Rəis atamı hədələyib ki, mən mübarizədən çəkilim. Mən də bu yolun haqlı olduğunu qeyd etdim. İndi mən evdə aksiyamı davam etdirirəm”-deyə vurğuladı.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır