Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Tacikistanın Vəhdət rayounun məhkəməsi «Muhəmmədiyə» məscidinə gələn bir qrupp insanın «Allahu Əkbər» deyə qışqırdıqlarına görə, 10 sutka həbs cəzası təyin edib.
Hakim dindarları ölkənin Administrativ kodeksinin 460-cı maddəsinə uyğun olaraq «kiçik dələduzluq, ictimai yerdə senzura tələblərinə zidd olaq davanın başladılması və vətəndaşlara təhqiredici yanaşma » ilə təqsirli bilib.
Məsciddə olan digər qrupp isə «ictimai asayişi pozduqlarına görə» cərimələniblər.
Bundan əlavə məscidin axundları Turaczadə qardaşları ifadə vermək üçün prokuraturaya çağırılıblar: «Orada elə qəribə, təhrikedici suallar verirlər ki. Məsələn, bizdən soruşurlar ki, niyə insanları spirtli içkilərdən, zinadan çəkinməyə çağırırıq, yaxud sağlam həyat tərzi sürməyin vacibliyindən danışırıq. Çünki bizim bir çox məmurlarımız və vətəndaşlarımız araq içməyi və gəzməyi çox sevirlər. Hökumətə görə, belə hal insanlarda çaşqınlıq yaradır. Axı bu məsələləri biz fikirləşib tapmamışıq, bu İslamın qanunudur və bizim borcumuzdur ki, Allahın uyurduqlarını məscidə gələnlərə çatdıraq».
Qeyd edək ki, cümə günləri Tacikistanın «Məhəmmədiyə» məscidinə təxminən 30 min insan yığılır. Onlar namaz zamanı 12 dəfə «Allahu Əkbər» deyirlər.
Xoca Əkbər Turaczadə hesab edərək bildirib ki, bütün bunlar siyasi məqsəd daşıyır. Hökumətin narazılığına səbəb isə Turaczadə qardaşlarının cümə namazında moizə vaxtı Həzrət Məhəmməd Peyğəmbərin (s) Kərbəlada şəhid olan nəvəsi İmam Hüseyni (ə) barədə danışmaları olub.
Tactikistan Üləmalar Şurası hesab etdiyini bildirib ki, məsciddə Aşuranın qeyd olunması respublikada inanclılar arasında ikitirəlik yarada bilər. Bu səbəbdən onlar hökumətdən məscidin imamlarına qarşı tədbir görmələrini istəyib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır