16 dekabr 2011 - 20:30

Səudiyyə Ərəbistanının şərq bölgəsindəki bəzi şəhərlərdə rejim əleyhinə nümayişlər olub

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:ETHA-ya istinadən verilən xəbərə görə, etirazçılar hökumətdən azadlıq, bərabərlik və siyasi məhbusların azad olunmasını tələb edir.

Qeyd edək ki, noyabr ayında olan nümayişlərdə dövlət güclərinin hücumu nəticəsində 5 adam ölmüş, onlarla insan yaralanmışdı.

Xatırladaq ki, Səudiyyədə 30 min siyasi məhbus var və Beynəlxalq Əfv Təşkilatı rəhbərlikdən dəfələrlə məhbusları azad etməyi tələb edib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır