12 dekabr 2011 - 20:30

Keçid parlamentində - Qurucu Məclisdə dekabrın 12-də keçirilən seçkidə 217 deputatdan 153-nün səsini toplayan Münsif Mərzuki dövlət başçısı olmaq hüququ qazanıb. Münsif Mərzuki Zeynalabdin Ben Əlinin prezidentliyi zamanı əsas müxalifət liderlərindən biri olub.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Zeynalabdin Ben Əli 23 il hakimiyyətdən sonra bu il yanvarın 14-də xalq üsyanından qaçaraq Səudiyyə Ərəbistanına sığınıb.

Oktyabr ayında Tunisdə keçid parlamentinə - Qurucu Məclisə seçki keçirilib. Bu seçkidə 40 faizə yaxın səs toplamış islamçı Ən-Nahda (Dirçəliş) Partiyasının baş katibi Həmadi Cebeylinin baş nazir postunu tutacağı gözlənir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır