7 dekabr 2011 - 20:30

Prezident Saleh ölkəni sülh yolu ilə təhvil verəcəyi halda viza ala biləcək

 

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən :ABŞ hökuməti  Yəmən prezidenti  Əli Abdulla Salehə viza verməkdən imtina edib

KİV-də yayılan məlumata görə, prezident Saleh  ancaq ölkəni sülh yolu ilə təhvil verərsə viza ala biləcək. Bundan əlavə Salehdən ölkədə zorakılığın qarşısının alınması üçün təhlükəsizlik və silahlı qüvvələri üzrə xüsusi komitənin yaradılmasını tələb edilib

Xatırladaq ki, Yəmən prezidenti səhhətində yaranan problemlərlə əlaqədar olaraq Nyu-Yorka müalicə almaq üçün getmək istəyirdi

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır