Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Almaniyada çıxan " Frankfurter Rondşao qəzetinin məlumatına görə , Almaniya prokurorluğunun sözçüsü dünən deyib: İranın Amerikanın Almaniyadakı hərbi bazaları və təsisatlarına təcavüz ehtimalı barədəki plan ilə bağlı aparılmış istintaqlardan sonra İrana aid edilən bu terror planının sübut edilməsi barədə heç bir sənəd və fakt tapmamışıq.
Almaniya Federal Kəşfiyyat İdarəsinin rəisi Borg Sirkə də açıq şəkildə bildirib ki, heç birbaşa təhlükə mövcud deyil.
Almaniyanın Federal prokuroru Harald Range təsdiq etmişdi ki, İran Amerikanın Almaniyada yerləşən silahlı qüvvələrinin təsisatlarına hərbi hücum ilə bağlı bir plan işləməkdə ittiham edilmişdi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır