Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Britaniya rəsmiləri dinc yürüşə 135 min dövlət qulluqçusunun qatıldığını desə də, həmkarlar ittifaqı tezliklə tətilə çıxan işçilərin 2 milyona çatacağını bildirib. Kütləvi nümayişlər insidenstiz ötüşməyib. Bir qrup etirazçı Londonun mərkəzində yerləşən Pənton Haus adlı binaya daxil olub. Əllərində müxtəlif rəngli bayraqlar və plakatlar tutan etirazçılar piləkanlara qalxaraq binanın damına çıxmağa çalışıb. Həmin qrupun arxasınca düşən polis etirazçıları damdan düşürməyi bacarıb. London Polisi ən azı 52 nəfərin saxlanıldığını xəbər verir.
Bu arada ümumilli kütləvi tətil ölkənin bir sıra sosial-iqtisadi sahələrini iflic edib. Hava limanlarında işçı qıtlığı yaşandığından bir çox hava reysləri təxirə salınıb. İngiltərənin 10 mindən çox dövlət akreditasiyalı məktəbi tətillə bağlı müvəqqəti bağlanıb
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır