28 noyabr 2011 - 20:30

Tehranda tələbələr tərəfindən İngiltərə səfirliyinin binası ələ keçirilib Hazırda 100-ə kimi tələbə binaya daxil olub

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İranın “CAHAN” agentliyinə istinadən verdiLlən məlumata görə, bu gün saat 14 radələrində başlayan universitet tələbələrinin İngiltərə səfirliyi qarşısında keçirdikləri nümayiş, sonda tələbələrin səfirlik binasına daxil olması ilə nəticələnib. Verilən məlumata görə, tələbələr İngiltərə bayrağını endirərək İran bayrağını onun yerinə sancıblar. Onlar bütün maneələrdən keçərək səfirlik binasına daxil olublar. Hal hazırda 100-ə kimi tələbə səfirlik binasının içində İmam Hüseynə (ə) məxsus ziyarətnaməni (Aşura ziyarətnaməsi) oxumaqla məşğuldurlar.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır