Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Məhərrəm-Səfər əyyamı yaxınlaşmaqdadır. Bir neçə günə bütün dünyanın Əhli-beytsevərləri (ə) özlərini Kərbəla ətri ilə ətirləməyə daha çox səy edəcəklər. Hər il olduğu kimi, Əhli-beyt (ə) vətəni Azərbaycanda da əzadarlıq mərasimlərinə hazırlıqlar başlayıb.
Yevlax rayonundakı mərasim hazırlıqlarından Deyerler.org-a danışan ilahiyyatçı Məşhədi Yasin Əliyev deyib:
Bismilləhir-Rahmənir-Rahim!
Əza məclislərində İmam Hüseyn (ə) Ağanın Aşura günü, Məhərrəm ayının ilk ongünlüyü barəsində, hələ Adəm Peyğəmbərdən (ə) günümüzə kimi Aşuraya necə ağlayıblar, İmamın (ə) şəhadətilə bağlı əziz Peyğəmbərimiz (s) onun üçün necə matəm tutub, yas saxlayıb, Ağanın (ə) mövludundan Kərbəla şəhadətinə kimi baş vermiş hadisələri insanlarımıza çatdırırıq. Digər tərəfdən də İmam Hüseynə (ə) əza saxlamağın dəyəri, əcri və bəşərə verdiyi faydalar, onun ziyarətinin fəziləti və sair bu kimi müqəddəs mövzular haqqında insanlarımıza danışılır. Buradakı matəm mərasimlərində yaşlı nəsil və gənclərlə yanaşı, qadın və uşaqlar da iştirak edir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır