Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam Respublikasının generalı Yəhya Rahim Səfəvi və general Qulaməli Rəşid ABŞ və İsrail rejiminin son dövrlər etdiyi təhdidlərə cavab verib.
General Səfəvi ölkəsinə müharibə elan edənləri peşman edəcəklərini qeyd edib. “Düşmənlər bilsin ki, onların İran İslam Respublikasına qarşı hər cür hərbi təhdidi gözləmədikləri bir şəkildə cavablandırılacaq”.
ABŞ və İsrail rejiminin ən pis vəziyyətdə olduğunu və heç bir hədəfə çatmadığını bildirən Səfəvi, müharibə olarsa, müharibənin kontrolunu və sərhədlərini İranın müəyyən edəcəyini bildirib.
General Qulaməli Rəşid isə öz növbəsində İsrail rejiminin təhdidlərini həyata keçirmək gücdə olmadığını, onların sadəcə psixoloji müharibə apardığını qeyd edib. O bildirib ki, İrana qarşı hücum olarsa, raketlərlə İsrail rejiminin bütün mərkəzlərini vura biləcəklər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır