Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İşğalçı İsrail rejiminin qondarma ordusunun bildirdiyinə əsasən, rejimin 30 000 əsgərinin iqtisadi yardıma ehtiyacı var.
Rejim ordusunun insan resursları departamentinin hesabatına əsasən, daha çox ailəli sionist əsgərlər ehtiyac içində çabalayırlar.
Əvvəlki illərlə müqayisədə 2011-ci ildə ehtiyaclı sionist əsgərlərinin sayı 3 faiz artıb. 2007-ci ildə ehtiyaclı sionistlərin sayı 24 000 əsgər olub.
Bu hesabat yerli “Traktenberq” komitəsinin ordu xərclərinin 600 milyon İLS (İsrail rejiminin pul vahidi) azaldılması təklifini irəli sürdüyü bir vaxtda yayılıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır