20 noyabr 2011 - 20:30

Azərbaycanın görkəmli alimi akademik Rafiq Əliyev vəzifəsindən azad edildi. Hicab qadağası və din alimlərinin şərlənməsi zamanı saray yaltaqları və məddahları bütün gücləri ilə vəzifələrinin icrasına başladılar. Onlara üz tutub İmam Hüseynin (ə) Kərbəlada insanlığını itirmiş Yezid ordusuna dediyi sözləri söyləyirik: “Əgər dininiz yoxsa, heç olmasa azad insan olun.”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:  Əliyevlər rejimin Azərbaycan Respublikasında yürütdüyü anti-bəşər və anti-İslam siyasətləri artıq kritik vəziyyətə gəlib çatmışdır. Hammı kimi Qum Elmi Hövzənin din alimləri də bu etiraza qoşularaq, rejimin cinayətlərin məhkum etmişlər. Belə ki, Ruhani tələbələr elm aləmindəki silhadaşları sayılan akademik Rafik Əliyevə dəstək vermişlər. Biz ABNA olaraq tələbələrin akademikə verilən dəstəyin mətnin ziyarətçilərimizə təqdim edirik.

Bismillahir-rəhmanir-rəhim

Ölkəmizin ağır günlərində haqsızlıq dalğalarının haqq deyən insanları bir-bir udduğu vaxtda xalqın ləyaqətli ziyalı övladları bir araya gəldilər. Onlar ölkəmizdə mövcud problemləri bir güzgü şəffaflığı ilə iqtidara göstərdilər. Təəssuflər olsun ki, iqtidar islahatlar əvəzinə bu güzgünü qırmaq qərarına gəldi.

Azərbaycanın görkəmli alimi akademik Rafiq Əliyev vəzifəsindən azad edildi. Hicab qadağası və din alimlərinin şərlənməsi zamanı saray yaltaqları və məddahları bütün gücləri ilə vəzifələrinin icrasına başladılar. Onlara üz tutub İmam Hüseynin (ə) Kərbəlada insanlığını itirmiş Yezid ordusuna dediyi sözləri söyləyirik: “Əgər dininiz yoxsa, heç olmasa azad insan olun.”

Böyük alimə olan hörmətsizliyi Azərbaycan xalqının gələcəyinə ciddi zərbə kimi qiymətləndirir, qəti şəkildə etirazımızı bildiririk və xalqı susmamağa çağırırıq. Zülmü görüb susan şəxs zalımın zülmünə şərikdir. O xalq böyük qüdrətlərin didişməsindən sağ çıxa bilər ki, elm və mənəviyyata dəstək olsun və azadlıq ruhiyyəsini hifz etsin. İmam Sadiq (ə) öz tövsiyələrinin birində buyurur: “Öz azadlığına qovuşmaqdan başqa bir fikirlə səhəri açan insan əzəmətli bir məsələni kiçik saymış, Rəbbindən üz çevirərək çox kiçik qazanca önəm vermişdir.” Əgər müqtədir olmaq istəyiriksə gərək ləyaqətli insanlara böhtan atmaq və boş-boş məddahlıq etmək əvəzinə elm və mənəviyyat sahiblərinə dayaq olaq, milli və dini birliyimizi qoruyaq.

Təəssüflər olsun ki, bu gün bir alim bayağı şouları müqəddəslikləri hədəfə almış hoqqabazlara qoyulan hörməti ancaq arzulaya bilər. İqtidarın nəzarətində olan KİV-də elmi və mənəvi mövzulara əhəmiyyət verilmir, xurafat və mənasız mədhlərə “ürəkaçıqlığı” ilə meydan açılır.

Nəhəng İslam məmləkətinin rəhbəri olan, əzəməti ilə düşmənləri lərzəyə salan, lakin ölkəsinin bir zəif vətəndaşını, ya bir yetimi görəndə göz yaşı axıdan Əmirəlmöminin Həzrət Əlinin (ə) Misirə vali göndərdiyi Malik Əştərə yazdığı məktuba qiddət edin: “Qəlbini xalqa qarşı lütf və məhəbbətə bürü, onlarla mehriban ol. Onları ov heyvanı kimi yeməyi qənimət sayma; çünki insanlar iki qisimdir: ya sənin din qardaşların, ya da sənin kimi insanlardır…”

İqtidara isə bildiririk ki, hələ gec deyil. Öz səhvlərini etiraf edib, şərləmə kampaniyalarına son qoysun, bəlkə xalq onları bağışladı.

Yaddan çıxartamayın ki, Allahın səbri böyük olduğu kimi onun bəndələrinə hörmətsizlik son həddə çatanda o, bir an belə zalımlara fürsət verməz.

Əl-Mustafa Beynəlxalq Universitetinin bir qrup tələbəsi

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır