Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ayətullah Nuri Həmədani həzrətləri Qədir-Xum gününə işarə edərək, buyurmuşdur: “Qədir-Xum - hökumət nümunəsini hər bir zaman üçün tarixdə müəyyən etmişdir.
Hökumət, insan həyatının bütün sahələrinə təsir edən və talelərini həll edən bir məsələdir. Ona görə də İslam, hökumət və hakimlər məsələsinə xüsusi diqqət edir. Quranı mütaliə edən zaman dərk edirik ki, hökumət ilk məsələdir ki, peyğəmbərlər (ə) İlahi əmrlə etdikləri təbliğin icrasında ona xüsusi diqqət göstərmişdilər. Həzrət İbrahim (ə), Həzrət Musa (ə), Həzrət İsa (ə) və Həzrət Muhəmməd (s) kimi peyğəmbərlərin ilk addımı fasid hökumətlərlə mübarizə olmuşdur.
Allah Qurani-Kərimdə Firon hökumətinin Bəni-İsrayil üçün bəla olduğunu bəyan etməklə bizə başa salmaq istəyir ki, şeytan hökumətinin insanlara hakim olması - bəla və müsibət deməkdir. Əziz İslam Peyğəmbərinin (s) zamanında da ilk məsələ xəlifəlik və hökumət məsələsi olmuşdur. Həzrət Əmirəl-möminin (ə) hamısından cavan olduğu və bu iş üçün hazırlığı olduğuna görə Peyğəmbər (s) onu öz vəlisi və canişini elan etmişdi. Qədir-Xum günündə müsəlmanlardan ibarət böyük bir toplum bir yerə yığışaraq, İslam tarixində böyük bir hadisəni, yəni xilafət və hökumət məsələsini qeyd edirdilər.
Hökumət mövzusu o qədər əhəmiyyətli bir mövzudur ki, Allah Peyğəmbərə (s) əmr edir ki, əgər bu məsələni elan etməsə, risaləti natamam qalacaqdır. Qədir-Xum günündə tarixdə hər bir zaman üçün hökumət nümunəsi və Malik Əştərlə müqavilədə İslami hökumətin əsas qanunu müəyyən edilmişdir. İslam yolu aydındır. O yerdə ki, müsəlman bu aydın yolu görməməzliyə vurarsa, şeytanın zülmünə düçar olar. Necə ki, Qədir-Xumu görməməzliyə vurmaq müsəlmanları Bəni-Uməyyə və Bəni-Abbasın zülmünə giriftar etmişdi. Ona görə də düşmənlə psixoloji müharibədə ayıq halda mübarizə aparıb, İslami dəyərləri qorumağa çalışaq”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır