9 noyabr 2011 - 20:30

Ehud Barak İrana qarşı hücum ehtimalı haqqındakı xəbərləri təkzib etdi

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Sionist İsrail rejimin müdafiə naziri Ehud Barak İran İslam Respublikasına qarşı hücum ehtimalı haqqındakı xəbərləri rədd edərək  - "İsrail İranla müharibə etmək niyyətində deyil" deyib.

Sionist rejimin müdafiə naziri həmçinin İran İslam Respublikasının İsrailə qarşılıqlı hücumunda ən azı 100 min israillinin həlak olacağı xəbərinin yayılmasını da tənqid edib.

Qeyd edək ki, İsrail prezidenti  Şimon Peres neçə müddət öncə İsrail və onun müttəfiqlərinin İrana qarşı hücum ehtimalı hər gün daha çox artdığını bildirmişdi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır