Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
Digər 4 hicab məhbusu bunlardır: Zaur İsgəndərov, Taleh Ələkbərov, Çingiz Novruzov və Məmməd Əsgərov. Bu adamlarla bağlı proses oktyabrın 31-də davam edəcək. İşə Nərimanov Rayon Məhkəməsinin hakim Arif İsmayılovun sədrliyi ilə baxılır.
Mayın 6-da Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə tutulanlardan indiyə qədər 9 nəfər haqqında məhkəmə hökmü oxunub: Əlvan Hüseynov və Rövşən Məmmədov 2 il sınaq müddəti olmaqla 3 il müddətinə şərti cəza ilə məhkəmə zalından azad buraxılıblar. Araz İsmayılov 2 il 6 ay, Nurani Məmmədov və Rüfət Miriyevin hər biri 2 il müddətinə azadlıqdan məhrum olunub. Mais Abdullayev, Rəşad Vəliquliyev, Tərlan İsmayılov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şirxan Orucov isə 2 il sınaq müddəti olmaqla 3 il 6 ay şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb.
İşə yenicə qoşulan vəkil etiraza münasibətdən asılı olaraq digər vəsatətlərlə də çıxış edəcəyini deyib və əlavə edib ki, Taleh Bağırovla görüşüb: “Özünü təqsirli bilmədiyini deyir, müdafiəyə tam hazır olduğunu bildirir. Biz bu işin siyasi sifariş olduğu qənaətindəyik. Taleh Bağırov xuliqanlıq maddəsi ilə də ittiham olunur. Bu iş üzrə zərərçəkmişlər var ki, məhkum olunmuş dindarların prosesində də zərərçəkmiş şəxs qismində olublar. Əvvəlki proseslərdə həmin zərərçəkmişlər ifadələrini geri götürüblər. Lakin Taleh Bağırovla bağlı daha bir zərərçəkmiş polis var. Barmağının sıyrıldığını deyir. Bu fakt üzrə Taleh Bağırova polisə müqavimət ittihamı qaldırılıb. Yəqin ki, bu şəxsin ifadəsindən çox şey asılı olacaq”.
Taleh Bağırovun vəkili Anar Qasımlı deyib ki, prosesdə hakim Turqay Hüseynovun sədrliyinə etiraz edəcək: “Turqay Hüseynov hüquqlarını müdafiə etdiyim Taleh Bağırova 15 sutka inzibati həbs cəzası çıxaran hakimdir. Onun hüquqlarını müdafiə etdiyim şəxsə bəraət vermək imkanı yoxdur. Çünki bu hakim artıq bu iş üzrə Taleh Bağırovu təqsirli bilib”.
Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Oktyabrın 28-də Nərimanov Rayon Məhkəməsində “Hicaba azadlıq” aksiyası zamanı həbs olunan ilahiyyatçı Taleh Bağırov və dindar Elşən Abbasovun mühakiməsi başlayacaq. Hər iki şəxs Cinayət Məcəlləsinin 221.2-ci maddəsi ilə (Bir qrup şəxs tərəfindən xuliqanlıq) və 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) hyasızcasına ŞƏRLƏNƏRƏK ittiham olunurlar.