Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: 1955 təvəllüdlü, 3 böyük qız atası, irland əsilli, katolik məzhəbli, ömrünü sionizim uğrunda az qala fəda etmiş, ABŞ-ın məşhur jurnalist və müəllifi Doyl Makmanus, “Los Angeles Times” qəzetində maraqlı bir başlıqlı “Məscid və dövlət” adlı məqalə ilə çıxış etmişdir.
Biz ABNA olaraq məqaləni ziyarətçilərimizə təqdim etməzdən əvvəl bir neçə terminlərin izahını verməki məqsədə uyğun bildik.
Şəriət:
İlahi Konstitutsiya deməkdir. Allah varlığ aləminin yaradıcısıdır. Bəşərin bu varlıq aləmində yaşayıb kəmal zirvəsini fəth etmək, varlıq və bəşər aləminə uyğunlaşan qanuna bənddir. Nöqsansız bir qanun! İnsan zəkasının fəaliyyətini strukturlaşdıran və ağlı xürafat meyilli düşüncələrə məruz qalmaqdan çəkindirən Qanun!
Bu Qnunda İnsanın həm fərdi özünün Allah ilə olan ünsiyyətləri, həm ailə ilə olan ünsiyyətləri, həm də ictimaiyyət ilə olan ünsiyyətləri nəzərdə tutulmuşdur.
Şəriət Dini insan həyatının bütün sahələrində Elm, Əqlaniyyət və rasionallıq , Əxlaq və.s-də olmasını vurğulayır və dinsiz bütün yolları məqsədə uyğun saymır.
Son min illikdə Şəriət ilə hakimiyyəti idarə edən Qurluşlar ilk növbədə Həzrəti Rəsuləllahın (səlləllahu əleyhi və alih), İmam Əlinin (əleyhis səlam) və digər xilafətlikləri misal gətirmək olar. Bütün bu xilafətliklər Yəhudi və Xristian dünyasını zəlalətdən qurtuluş verərək Elm və Sənət aləminə qədəm qoymaqda əbəssiz rol oynamışdır.
Müasir Dövrümüzdə isə biz İlahi Qurluşa nümunə olaraq İran İslam Respublikasın misal gətirə bilərik ki, Elm və Texnlogiya ilə yanaşı Əxlaq və Sosialoji cəhətlərdə də analoqu olmayan bir sistemə devrilmişdir.
Plüralizm:
Yunan mənşəli kəlmədir. Pluralis çoxluqa meyilli olmaq mənasın verir. Elmi termenologiya da isə Plüralizimintərifi belədir:
Siyasət, Mədəniyyət, Din, Əxlaqın bütün növlərini qəbul etmək və hammısına yer vermək.
Sekulyar: Yunan mənşəli kəlmədir. Seculum kəlməsindən götürülmüşdür. Əba-Əcda və Dünya mənasın verir. Elmi termenologiya da isə Sekulyaizimin tərifi aşağıdakı tərifdən ibarətdir:
“Sekulyarizim dini insan həyatının bütün sahələrindən Elm, Əqlaniyyət və rasionallıq , Əxlaq və.s-dən kənarlaşdırmaq mənasındadır”.
Demokratiya:
Yunan mənşəli kəlmədir. Demos yəni: Xalq, Kratein yəni: Hökümətlik etmək deməkdir. Deməli denokratiya, Xalq Kütləsinin Siyasi məsələrdə təsmim tutmaqda azadcasına iştirak etmək, Hakimiyyətin qedişatını nəzarət altında saxlamaq və ümümən desək Hakimiyyətin formalaşmasını xalq kütləsinin istəklərinə bağlı olmaq deməkdir.
**** **** **** **** **** **** **** **** **** **** **** **** **** **** ****
Doyl Makmanus:
İki il əvvəl mən bir konfransda islamçılar və amerikalı məmurların arasında əyləşmişdim. İslamçılar amerikanlardan soruşurdular ki, əgər Amerika bilsə ki, azad və demokratik seçkidə İslam qüvvələri qalib çıxacaq, onlara seçkiyə qatılmağa imkan verərdilərmi? Amerikanlar da sualı onların özünə çevirirdilər: əgər İslamçılar bilsə ki, azad və demokratik seçkidə qalib çıxmayacaqlar, belə seçki keçirərdilərmi?
Həmin vaxt bunlar ancaq nəzəri suallar idi. İndi isə real vəziyyətə çevrilib.
Tunisdə məlum olaylardan sonrakı ilk seçkidə İslamçılar parlamentdə kürsülərin çoxuna sahib çıxacağı gözlənilir. Misirdə müsəlman qardaşları - ən nüfuzlu siyasi fraksiyadır. Bunu nəticəsində bu ölkədə sağa-sola
Qəddafinin devrildiyi Liviyada da yeni hökumətin tərkibində islamçıların ciddi rol oynayacağı gözlənilir.
İslamçıların əksəriyyəti ürəyinin dərinliyində liberal deyillər. Onlar istəyirlər ki, İslam onların ölkələrində rəsmi din olsun. İstəyirlər ki, vətəndaş cəmiyyətinin əsasını şəriətin müəyyən bir forması əvəzləsin. Onlar nə İsraili, nə də İsraillə bağlı Amerika siyasətini bəyənmirlər.
Artıq ABŞ Dövlət Konqresinin bəzi üzvləri təklif edir ki, Müsəlman qardaşları parlamentdə çoxluğu əldə etsə, ABŞ-ın Misirə yardımı dayandırılsın.
Amma bu problemlə bağlı 3 məsələ var: islamçılar qanuni siyasi qüvvədir; çox güman ki, onlar azad seçkilərdə qalib gələcəklər; nəhayət, onlar getmək istəmirlər.
Yeni demokratik ərəb dövlətləri o səbəbdən İslam partiyaları yaradır ki, İsraildə yəhudi, İtaliyada da konservativ katolik partiyası var. Digər tərəfdən, bəzi seçicilər öz dini inanclarının öz dövlətlərinin siyasətində əks olunmasını istəyir. Düzdür, ABŞ-da ayrıca dini partiya yaradılmayıb. Amma bir çox xristianların belə bir istəyi ola bilər.
İslamçılarla bağlı problem ondadır ki, onlar hakimiyyətə gələn kimi demokratiyanın qarşısını alıblar. Bu, İranda baş verib. Amma Türkiyə və İraq haqda bunu iddia etmək olmaz.
Çoxlarının inandığının əksinə olaraq İslam partiyalar demokratiyaya təhlükə olduğunu demək olmaz. Şimali Karolina Universitetindən iki tədqiqatçı - Charles Kurzman və Ijlal Naqvi müsəlman aləmində keçirilən 160 seçkini analiz ediblər. Onlar belə nəticəyə gəliblər ki, islamçılar inqilabdan sonrakı dövrdə daha çox səs toplayıblar. Amma sonrakı müddətdə sekulyar partiyalar öz mövqelərini möhkəmləndiriblər:
“Ümumiyyətlə, seçkilər adiləşdikcə, İslam partiyalarının nəticələri də pisləşir. Ən azad seçki keçirilən müsdəlman ölkələrində bu partiyaları daha pis göstərici əldə ediblər”.
Misir demokratlarınə nümayəndəsi Saad Eddin Ibrahim hesab edir ki, demokratiya praktikası İslam ideologiyasını bir qədər azalda bilər:
“İslamçılar yalnız bir şərtlə qanuni status ala bilərlər – bunun üçün onlar demokrata çevrilməlidirlər. Biz isə onlara bu şansı verməliyik”.
Bu vaxta qədər Obama administrasiyası ərəb dünyasında hakimiyyətə gəlməyə hazırlaşan islamçılara qarşı çox ehtiyatlı yanaşma tətbiq edirdi. Dövlət katibi Hillary Rodham Clinton amerikan diplomatlarına Müsəlman Qardaşlarınən üzvləri ilə danışıqlar aparmağı tapşırıb. Bu ilkin əlaqələr hələlik aşağı səviyyədə qurulmuşdu. Qahirədəki amerikan səfiri bu qrupla danışıqlar başlamağa o qədər razı deyildi.
Amerikanlar islam siyasi xadimlərinin istədiklərinin hamısına əməl etməyəcək. Amma Birləşmiş Ştatlar bəyənsə də, bəyənməsə də, islamçılar – uzunmüddətli siyasi qüvvələrdir.
Əgər Misir, Tunis və Liviya demokratiyanı işlədə bilsələr, onda İslam və plüralizmi bir arada uyğunlaşdırmağa məcburdurlar. Biz islamçıları demokratik oyun qaydaları ilə oynamağa inandıra bilər, onlara qanun oyunçu kimi yanaşıb bu işdə onlara kömək edə bilərik.
Azadliq radiosu
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır