Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Son günlər Qazaxıstanda yaşanan antiislam siyasətləri hələdə davam etməkdədir. İlk öncə Namaz, Hicab indidə növbə saqqala çatmışdır.
İslamnyus saytındanın məlumatına görə, Qazaxıstanın bəzi bölgələrində inanclı insanların üzlərində tük saxlaması məsələsi gündəmə gətirilib. Qazaxıstanın bəzi əyalətlərində saqqal saxlayan insanların üzlərini zorla qırxdırmaq məsələsinə Qazaxıstan Dini İşlər Agentliyinin sədr müavini Marat Azilhanov belə münasibət bildirmişdir.
"Qzaxıstan qanunları öz vətəndaşları üçün dini geyim və yaxud üzdə saqqal saxlanılmasını müəyyən etmir. Belə bir qanunlarımız yoxdur. Yaranmış bu acınacaqlı problemləri vətəndaşlar hüquqi müstəvidə həll etməlidirlər. Saqqal saxlamaq və yaxud saxlamamaq bu hər bir vətəndaşın öz şəxsi məsələsidir. Və buna dövlət qurumları işçilərinin müdaxilə etməsi yol verilməzdir."
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır