21 oktyabr 2011 - 20:30

Masallıda sahibkar özbaşınalığa aclıq aksiyası ilə cavab verir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Masallıda sahibkarlıqla məşğul olan Yaşar Abdullayev yerli İcra Hakimiyyətinin özbaşınalığına etiraz olaraq oktyabrın 19-dan aclıq aksiyasına başlayıb.

Xəbərdə deyilir ki, buna səbəb sahibkara məxsus obyektin qanunsuz sökülməsi və bununla bağlı ona hər hansı kompensasiyanın ödənilməməsi və ya yeni yerinin təklif edilməməsidir.

Y.Abdullayev özü Turan-a bildirib ki, aclıq aksiyasını evində keçirəcək. Onun sözlərinə görə, 2007-ci ildə obyekti sökülüb, bu müddətdə mübarizə aparsa da, mülkiyyət hüququnu bərpa edə bilməyib.

“Bu, son çarədir. Heç bir insan aclıq yolu ilə mübarizə aparmaq istəməz, amma hakimiyyət bizə bundan başqa yol qoymayıb”, - Y.Abdullayev qeyd edib.

Xəbər Turan-a Masallıda fəaliyyət göstərən Ziyalılar Birliyindən daxil olub.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır