19 oktyabr 2011 - 20:30

Ayətullah Sistani: “İran İslam dövlətçiliyinə malik yeganə ölkədir. Buna görə də hər birimiz bu hökumətin güclənməsi üçün çalışmalıyıq.”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ayətullah-üzma Sistani hazırki dövrdə şiə məzhəbinə düşmənlərin çoxluğundan danışıb. Qeyd edib ki, buna baxmayaraq düşmənlər bu məktəbdən çox qorxurlar. Böyük alim buyurub: “İran İslam dövlətçiliyinə malik yeganə ölkədir. Buna görə də hər birimiz bu hökumətin güclənməsi üçün çalışmalıyıq.”

 Ayətullah-üzma Sistani buyurub: “İran və onun problemlərinə görə Allah qarşısında məsuliyyət daşıyırıq. Bu dövlətçiliyi zəiflədəcək bir kəlmə söz dilimə gəlməz.”

 Tabnak xəbər verir ki, Ayətullah Mürtəza Əşrəfi Şahrudi yazır: “Cari il fərvərdin ayında müqəddəs ziyarətgahlarda oldum. Nəcəfi-Əşrəfdə Ayətullah-üzma Sistani ilə 45 dəqiqəlik xüsusi görüşümüz oldu. O, elm hövzələrinin müstəqilliyi ilə bağlı ciddi nigarançılığını bildirdi. Cənab Sistani bir sıra məsələlərə toxundu. Mən onun nigarançılıqlarını Böyük Rəhbərlik Məqamı, hövzə rəhbərlərinə çatdırdım.”

 Şahrudi sözünə belə davam edir: “Təqlid mərcəsi olan böyük alim buyurdu: “Mən İrandakı hadisələrə sizdən də diqqətli və məlumatlıyam.” Onun hövzə ilə bağlı dedikləri hansı dərəcədə məlumatlı olduğunu göstərir. Cənab Sistani bildirdi ki, İrandakı vəziyyətlə bağlı müəyyən iradlar var, amma bunu açıqlamağın İslam dövlətçiliyinə zərər olacağını nəzərə alaraq bir kəlmə də dilə gətirmir və yalnız özünü məsul bilir.

 Cənab Şahrudi Şahrudda İmam Sadiq (ə) adına qızlar mədrəsəsi və həzrət Vəliyyi-əsr adına oğlanlar mədrəsəsinin təsisçisidir. O, Nəcəf elm hövzəsinin əhəmiyyəti və bu hövzədə Ayətullah-uzma Sistaninin rolu ilə bağlı yazır: “Bir sıra dünya ölkələrindəki şiələrin və müsəlmanların gözü Nəcəfə dikilib. Allah-təala İslama xidmətdə Ayətullah-üzma Sistaniya ömür versin.”

 O yazır: “Şiə alimlərinin iftixarı, onların müstəqilliyi sadə həyat təzidir. Şahid oldum ki, Ərəbistandan Məlik Abdullah Ayətullah-üzma Sistani ilə iki dəfə telefon əlaqəsi yaratmağa cəhd etdi. Amma böyük alim bu danışıqdan imtina etdi.”

 Ayətullah Əşrəfi Şahrudi Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğanın yaxın keçmişdə Ayətullah-üzma Sistani ilə görüşə getməsini böyük din aliminin nə dərəcədə əhəmiyyətli şəxsiyyətə malik olmasına dəlil göstərir. O deyir: “Hazırda məntəqənin ərəb dövlətləri İranla Suriyanın rabitəsini kəsmək üçün milyardlarla dollar xərcləyir. Bilirlər ki, Suriya ilə rabitə kəsilsə, Livanla da rabitə qırılacaq. Bu isə düşmənlərin xeyrinədir.”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır