Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Xəbərlər, sionist rejimə qarşı beynəlxalq nifrətin davam etməsi və bu işğalçı və insanlığa qarşı rejimin beynəlxalq səviyyədə daha artıq təcrid olunmasından söz açır.
Bu istiqamətdə sionizmə qarşı etirazlar dalğası qərb ölkələri, xüsusilə də hökumətləri sionist rejimin hamisi olan ABŞ-a çatıb və ABŞ xalqı İsrail bayrağını yandırıb.
Sionist rejimlə ABŞ-ın mənafelərinin birləşdirilməsində bu ölkə rəsmilərinin hərəkətlərindən bezən Amerika xalqı sionist rejimin dəstəklənməsində Amerika rəsmilərinin funksiyasına olan öz etirazlarını müxtəlif şəkildə nümayiş etdiriblər.
ABŞ xalqı öz etirazlarında sionist rejimin bayrağını yandıraraq Birləşmiş Ştatların müxtəlif şəhərlərində kapitalizm quruluşu və iqtisadi korrupsiyaya qarşı etirazlar edib.
Qərb ölkələri, xüsusilə ABŞ-da kapitalizm quruluşuna qarşı xalq etirazlarının genişlənməsi ümumi fikrin diqqətini daha çox özünə cəlb edib ki, bu quruluş ABŞ və beynəlxalq ictimaiyyət üçün ayrı-seçkilik və ədalətsizlik kimi mənfi nəticələrdən başqa heç bir töhfə gətirməyib.
Bu məsələlər aydınlaşdırıb ki, kapitalizm quruluşunun nəticələri də insanlar üçün yoxsulluq, saxtakarlıq və ədalətsizlikdən başqa bir nəticəsi olmayan devrilmiş kommunizm quruluşundan az deyil.
Belə bir şəraitdə bəzi siyasi müşahidəçilərin qənaətincə, kapitalizmin sionizm adlı digər korrupsioner sistemlə birləşməsi ilə praktiki olaraq kapitalizm quruluşunun beynəlxalq ictimaiyyət üçün mənfi nəticələri çox yüksək səviyyədə olmuşdur və bu həqiqətdir ki, belə bir quruluşun mərkəzində yaşayan ABŞ xalqı ona etiraf və ona kəskin etiraz edir.
Şübhəsiz sionistlərin ABŞ-ın iqtisadi mərkəzlərinə nəzarət etmələri praktiki olaraq amerikalı-sionist şirkət və müəssisələr tərəfindən ABŞ xalqının sərvətlərinin qarət olması, bu sərvətin kiçik bir qrupun əlində olması və ABŞ xalqının əksər hissəsinin geniş ədalətsizlik və ayrı-seçkiliklə üzləşməsinə səbəb olub.
Bu məsələlər elə bir halda baş verir ki, ABŞ-ın sionist rejimlə köməkləri ötən bir neçə ildə milyardlarla dollardan yuxarı olmuşdur. Ödədikləri vergilərin ABŞ rəsmiləri tərəfindən sionist rejimə bağışlandığını gözləri ilə görən Amerika xalqı ciddi şəkildə narazılığını bildirir.
Eyni zamanda ABŞ xalqı bu ölkənin sionist rejimə köməkləri sayəsində bu rejimin Fələstin xalqına qarşı cinayətlərinin davam etməsinə kəskin etirazını bildirir.
Kapitalizm quruluşunun zəifləməyə doğru irəliləyişi və bu quruluşun devrilmiş kommunizm quruluşuna oxşar taleyə doğru getməsi ilə daxili və xarici mövqeyi zəifləməkdə olan sionist rejimin də faşizm və nasizmə oxşar tale ilə yəni beynəlxalq səviyyədə məhv olmasının müşahidə olunacağı gözlənilir
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır