14 oktyabr 2011 - 20:30

Azanın səsini azaldılmasına əksər Yevlax sakinləri belə narazılıq edirlər. Səbəbi isə İcra hakimiyyəti tərəfindən olan təzyiqlərdir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycandakı mövcud rejimin antiislam siyasətləri illər ilədir ki, Yevlax camatınıda narahat etməkdədir. Belə ki, Yevlax inanclılarının Xeber7.com-a verdikləri məlumata görə son vaxtlar Məsciddən 150-200 metr kənarda Azanın səsini eşitmək mümkün deyil.

Səbəbi isə İcra hakimiyyəti tərəfindən olan təzyiqlərdir. Dəfələrlə səs gücləndiricinin səsini bir az artırmışıq, dərhal müxtəlif yerlərdən təzyiqlər başlayıb. Məscidin Azan verənini İcra hakimiyyətinə çagıraraq azanın səsinin tamamilə azaldmasını tapşırıblar.

Etirazlara baxmayaraq problem davam edir. Azanın səsini azaldılmasına əksər Yevlax sakinləri belə narazılıq edirlər.

Qeyd edək ki, Azan problemi bundan qabaqda dəfələrlə yaşanmışdır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır