10 oktyabr 2011 - 20:30

Amerikada kapitalizm quruluşuna və ağır iqtisadi böhrana qarşı etiraz olaraq Nyu-Yorkda formalaşmasından 3 həftədən çox vaxt keçməyən xalq hərəkatı artıq ölkənin mindən çox şəhərinə yayılıb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Amerikada kapitalizm quruluşuna və ağır iqtisadi böhrana qarşı etiraz olaraq Nyu-Yorkda formalaşmasından 3 həftədən çox vaxt keçməyən xalq hərəkatı artıq ölkənin mindən çox şəhərinə yayılıb.

Amerikada "Wall Street" hərəkatı təqribən 3 həftə ərzində bu ölkənin 1000-dən çox şəhərinə genişlənib.

BBC bu haqda bildirib: Amerikada kapitalizm quruluşuna və maliyyə şəbəkələrinin iqtisadi qüdrətinə qarşı xalq etirazlarının formalaşmasından 3 həftənin keçməsinə baxmayaraq, ABŞ vətəndaşları Klivlənd şəhərində "Wall Streeti işğal edin" hərəkatından ilham alaraq "Klivləndi işğal edin" şüarı ilə şəhərin mərkəzi meydanında yerləşən əsas toplantı zalında aksiya keçiriblər. Bu aksiya son günlər Wall Street hərəkatından ilham alınaraq keçirilən onlarla aksiyadan biridir.

Klivlənd etiraz hərəkatının üzvləri də özlərini Amerikada istismara məruz qalan 99% əhlidən hesab edirlər.

Onlar bildirirlər ki, bu etirazlar ABŞ vətəndaşlarının qarət olunmuş sərvətini geri almaq məqsədini daşıyır. ABŞ əhalisinin 99%-i ölkənin ağır iqtisadi vəziyyətindən narazıdır. Halbuki, əhalinin 1%-i hər gün daha da varlanır və Amerikada siyasi qüdrəti öz inhisarlarına alıblar.11

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır