7 oktyabr 2011 - 20:30

Bu barədə "Cümhuriyyət" qəz etixəbər verir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Suriya Prezidenti Bəşşar Əsəd Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrinin köməkçisi Faruk Loğoğlu ilə görüşündə bildirib: “Türkiyə üsyançılara silah satır”.

Əsəd onu da bəyan edib ki, ABŞ Türkiyə və Suriyanın tərəfdaşlığına qarşı çıxdığından, Türkiyə son vaxtlar Vaşinqtonun maraqlarının təmsilçisi rolunu oynayır.

Onun sözlərinə görə, son 30 il ərzində Konstitusiyasına dəyişiklik etməyən Türkiyə Suriyadan üç ay ərzində genişmiqyaslı islahatların aparılmasını tələb edir.

Türkiyənin Silahlı Qüvvələri 5-15 oktyabrda Suriya ilə sərhəddə yerləşən Xatay adlanan ərazidə təlim keçirəcək. Bu barədə SQ-nin Baş qərargahı məlumat verib. Təlimlərə 730 hərbi qulluqçu və quru qoşunlarından 40 ədəd texnika cəlb ediləcək.

Təlimlərin gedişində, oktyabrın 9-da ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan suriyalı qaçqın iğtişaşçıların Xataydakı düşərgəsinə baş çəkəcək. Orada Ərdoğanın Suriyadakı hadisələrlə bağlı kəskin bəyanatla çıxış edəcəyi gözlənilir.

Suriya hakimiyyəti ölkədə çaxnaşmalar başlandıqdan sonra iğtişaşçıların kütləvi qaçışı ilə əlaqədar dəfələrlə öz təhlükəsizlik qüvvələrini Türkiyə ilə sərhəd regionlara cəmləşdirib. Suriyanın tanklar da daxil olmaqla, qoşun hissələri sərhəd xəttinə 500 metrədək yaxınlaşıb.

Bu arada Türkiyəyə qaçan Suriya iğtişaşçılarının sayı 7 min 605 nəfərə çatıb. Onlar Türkiyənin Qırmızı Aypara Cəmiyyətinin idarəçiliyi altında olan 5 düşərgədə yerləşdiriliblər.

Türkiyənin Baş naziri Rəcəb Tayib Ərdoğan çərşənbə günü Cənubi Afrika Respublikasına səfəri zamanı bəyan edib ki, Türkiyə Prezident Bəşşar əl-Əsədə qarşı öz sanksiyalar paketini hazırlayacaq.

Bundan əvvəl Türkiyə hökuməti sanksiyalar çərçivəsində Suriya Prezidenti və onun ailəsinin bütün aktivlərini dondurmağı qərara alıb.Bu barədə ötən şənbə günü CNN Turk telekanalı məlumat verib.

Bununla yanaşı, Bəşşar Əsədə yaxın olan bir sıra şəxslərin Türkiyəyə girişinə icazə verilməyəcək.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır