7 oktyabr 2011 - 20:30

3 nəfərə həbs cəzası, 2 nəfərə isə şərti cəza...

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dünən (07 oktyabr 2011) saat 15:00 radələrində,  Nərimanov Rayon Məhkəməsində, may ayının 6-sı "Hicaba Azadlıq!" aksiyasında iştirak etdiyinə görə həbs olunan Əlvan Hüseynov, Rövşən Məmmədov, Nurani Məmmədov, Araz İsmayılov və Rüfət Nuriyevə hökm oxunub.

Məlumata görə, Rüfət Nuriyev 2 il, Nurani Məmmədov 2 il, Araz İsmayılov 2 il 6 ay həbs cəzasına məhkum olunub.  

Əlvan Hüseynov və Rövşən Məmmədov isə  3 il şərti cəza ilə elə məhkəmə zalından azadlığa buraxılıblar.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır