Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dünən (07 oktyabr 2011) saat 15:00 radələrində, Nərimanov Rayon Məhkəməsində, may ayının 6-sı "Hicaba Azadlıq!" aksiyasında iştirak etdiyinə görə həbs olunan Əlvan Hüseynov, Rövşən Məmmədov, Nurani Məmmədov, Araz İsmayılov və Rüfət Nuriyevə hökm oxunub.
Məlumata görə, Rüfət Nuriyev 2 il, Nurani Məmmədov 2 il, Araz İsmayılov 2 il 6 ay həbs cəzasına məhkum olunub.
Əlvan Hüseynov və Rövşən Məmmədov isə 3 il şərti cəza ilə elə məhkəmə zalından azadlığa buraxılıblar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır