Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İranın müdafiə naziri yaxın zamanda Zəfər adlı kruz raketinin təqdimat mərasiminin keçiriləcəyini bildirib.
İRİB-in verdiyi xəbərə görə, General mayor Əhməd Vəhidi ölkənin qərbində Həmədan şəhərində nazirlər kabineti üzvlərinin region görüşü çərçivəsində iranın yeni hərbi təyyarələrin dizaynlaşdırılmasına münasibət bildirərək deyib: " Bizim ballistik və Kuruz raketlərinin toplu şəkildə istehsalı üçün digər proqramlarımız var. Həmçinin “Azərəxş” və “Saiqə” adlı yeni qırıcı təyyarələrin istehsalı üçün də ayrı proqramımız mövcuddur. Bu proqramlar yaxın gələcəkdə həyata keçiriləcək”.".
İranın müdafiə naziri habelə İranın Rusiya ilə S300 tipli müdafiə raket sistemi dosyası haqda da danışıb. General Vəhidi S300 tipli müqaviləyə görə rusiyalı tərəfə ödənilən pulun qaytarılması haqda deyib: "Rusiyalı tərəfə öncədən ödənilmiş pul geri qaytarılıb".
Rus Oboron Eksport şirkətinin baş müdiri Anatoli İsaykin də son vaxtlar Kommersant qəzetinə verdiyi açıqlamasında qeyd edib: "Rusiya, İrana S300 tipli raketlərin təhvili ilə əlaqədar müqavilənin bəndlərini yerinə yetirmədiyi üçün öncədən ödənilmiş 167 milyon dollar olan məbləği geri qaytarıb".
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır