Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün Azərbaycan respublikasında əliyevlər rejiminin tarixinde ən rüsvayçı addımı irəli atılaraq ölkənin namuslu və pak insanlarına qarşı zalımlıq edilərək mövcud rejimin qaziləri tərəfindən islamçılar həbsə məruz qalmışlar.
Bu ədalətsizliklə razılaşmayan bütün vicdanlı insanlar və qurumlar öz etirazlarını etməkdə davamlıdırlar. Belə ki, Milli-Mənəvi Dəyərlər İctimai Birliyi (MMDİB) islamçıların həbsini pisləyən bəyənat yayıb.
İctimai Birlikdən verilən məlumata görə, bəyanatda deyilir ki, “2011-ci ilin yanvar ayında həbs olunan Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, partiya sədr müavini Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Rufulla Axundzadə və ruhanilər Seyyid Fəramiz Abbasov barəsində məhkəmə tamamilə ədalətsiz qərar çıxarıb. Bütün məhkəmə gedişatında da şahidlərin yalan ifadə vermələri Azərbaycanda məhkəmə sisteminin hansı formada işlədiyini bir daha aydınlaşdırdı. “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyi cəmiyyətdə namuslu, əxlaqlı, dürüst, şərəfli və ləyaqətli insanlar kimi tanınmış vətən övladlarının bu cür ittihamla həbs olunmasını kəskin şəkildə qınayır, baş verən özbaşnalığa və insan hüquqlarının kobud surətdə pozulmasına qəti etirazını bildirir, ölkənin müvafiq rəhbər strukturlarına səslənərək, bu məmur və polis özbaşnalığına, islamçılara qarşı təzyiqlərə son qoymağa çağırır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır