4 oktyabr 2011 - 20:30

Çox vaxt Azərbaycan Respublikasının müxtəlif şəhər və əyalətlərində Fələstinin işğalı ilə bağlı tədbir, məsələn Qüds Günü keçiriləndə bəziləri etiraz bildirir, “bizim Qarabağ dərdimiz var” deyib Fələstin mövzusunun Azərbaycan üçün doğma olmadığını iddia edirlər. Fələstinin işğalı ilə Azərbaycanın işğalı arasında nə fərq var? Nə üçün Fələstinin işğalının dünya boyu “dostları” və “düşmənləri” daha çoxdur?

Çox vaxt Azərbaycan Respublikasının müxtəlif şəhər və əyalətlərində Fələstinin işğalı ilə bağlı tədbir, məsələn Qüds Günü keçiriləndə bəziləri etiraz bildirir, “bizim Qarabağ dərdimiz var” deyib Fələstin mövzusunun Azərbaycan üçün doğma olmadığını iddia edirlər. Fələstinin işğalı ilə Azərbaycanın işğalı arasında nə fərq var? Nə üçün Fələstinin işğalının dünya boyu “dostları” və “düşmənləri” daha çoxdur?

Tərəfsiz politoloji baxış budur ki, ən mühümü fələstinlilər Fələstinin işğalı ağrısını yaşayır, azərbaycanlılar isə az qala özləri Azərbaycanın işğal olunduğunu yaddan çıxarıb. Bir dərdin ağrılarını sən özün yaşamırsansa, nə üçün başqaları yaşamalıdır? Fələstinli uşaqlar əlinə sapand alıb İsrail tanklarının önündə dayandığı vaxt azərbaycanlı böyüklər yalnız şəxsi həyatını qurmaqla məşğuldur. Nə vaxt biz azərbaycanlılar qazancımızın, vaxtımızın, enerjimizin  beşdə birini Qarabağ yolunda sərf etsək, vətənin işğal olunmuş beşdə bir torpaqlarından dünya danışacaq, bu dərdə dünya ağlayacaq. Amma bu yalnız bir səbəb idi və Fələstinin işğalını beynəlxalqlaşdıran başqa səbəblər də var. Məsələn, Fələstini işğal edən İsrail bütün bəşəriyyətə hakim olmaq üçün hərbi cinayətlərdən də çəkinmir. Onun siyasətlərini bütün dünyanın, o cümlədən Azərbaycan hakimiyyətinin yuxarı eşalonu dəstəkləyir. Azərbaycanın torpaqlarını ermənilər işğal edibsə, mənəviyyat və ruhuna İsrail hakimlik etməkdədir. Ən kiçik sübut hemoseksualların paradı sayılan Evrovisionun Bakıda keçirilməsidir. 

*     *     *

İran paytaxtında Fələstin Müqavimət Hərəkatının (intifazənin) himayə konfransı işə başladı. Böyük Rəhbərlik Məqamı Ayətullah Xamenei Fələstin İntifazəsini himayə üzrə 5-ci beynəlxalq konfransın açılışı mərasimində çıxış etdi. O, Fələstin məsələsini İslam ölkələri arasında bütün müştərək mövzular arasında birinci dərəcəli məsələ adlandırdı. Cənab Rəhbər Misirin Kemp-Devid məntəqəsində diktator ərəb rejimlərinin sionist İsrail qarşısındakı xiyanətkar təslimçilik müqaviləsinin ləğvini fələstinlilərin tapdalanmış hüquqlarının əldə edilməsi yolunda dönüş nöqtəsi adlandırdı.

Ayətullah Xamenei Fələstin Azadlıq Təşkilatının hazırkı planını da sionistlərin istəklərinə təslim olmaq və fələstinli didərginlərin hüquqlarının görməməzliyə vurulması kimi dəyərləndirdi. Ayətullah Xamenei belə buyurub: “İki dövlətin olması layihəsi fələstinli didərginlərin haqlarının görməməzliyə vurulması, 1948-ci ildə işğal edilmiş ərazilərdə yerləşən fələstinlilərin haqlarının hədələnməsi, xərçənq şişinin regionda qalması, habelə Fələstinin məzlum xalqının neçə on illik davam edən əzab əziyyətlərinin təkrar edilməsi mənasındadır... İran Fələstin xalqı arasında referendum keçirilməsini təklif edir. Çünki Fələstin xalqı öz müqəddəratını təyin etmədə haqlıdır və müsəlman və xristianlardan ibarət olan bütün Fələstin xalqı əcnəbi mühacirlər istisna olmaqla bu referendumda iştirak etməlidirlər və bu proses Fələstin ərazilərinə mühacirət edənlərin taleyini də təyin edəcək…” Cənab Rəhbər ABŞ prezidenti Barak Obamanın "İsrail, Amerikanın qırmızı xəttidir" sözlərini dünya imperializminin maskasını yıtdığını önə çəkib.

Haqq Yolu Elm və Mədəniyyət İnstitutu