25 sentyabr 2011 - 20:30

Diqət: Bir televiziya kanalının ən təxribatçı fəaliyyəti sadəcə bir sözdür. Amma hazırda Mehdiyevin zindanlarında 50 yaxın fəal və nüfuzlu ruhanilər, dindarlar terror, narkotika ittihamı ilə həbsdə saxlanılır. Ramiz Mehdiyev nə üçün bu barədə danışmır? Demək, bu barədə Səhər kanalının danışmasını istəyir!

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, akademik Ramiz Mehdiyev Rusiyanın Yekaterinburq şəhərində təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşündə deyib: “Son bir neçə ildə İran İslam Respublikası tərəfindən Azərbaycanın efir məkanının məqsədyönlü şəkildə pozulmasının davam etməsini də xatırlatmalıyıq. Bədnam “Səhər 1” beynəlxalq kanalı əsasən Azərbaycandakı hədəf auditoriyasına ünvanlanıb və bu kanal ölkəmiz haqqında daim bilərəkdən yalan və saxta informasiya yayır.

Bu vəziyyət Beynəlxalq Elektrik Rabitəsi İttifaqının “Radiorabitə reqlamenti”nin 23-cü maddəsinin birbaşa pozulması deməkdir. Həmin maddədə konkret olaraq müəyyən edilib ki, radioyayım stansiyalarının gücü milli radio xidməti tərəfindən həmin ölkənin sərhədləri daxilində yayımın yaxşı keyfiyyətinin qənaətlə və səmərəli təmin edilməsi üçün zəruri kəmiyyətdən yuxarı olmamalıdır”.

Diqət: Hətta Səhər kanalının fəaliyyətlərini təxribatçı saysaq belə, bu Azərbaycan hökumətinin Yekaterinburq şəhərində təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşündə bu dövlətin öz vətəndaşlarına qarşı apardığı represiyalardan və amansız siyasətlərdən, cəmiyyəti fəlakətdən qurtaran və onları səadətə aparan pak və hörmətli dindarları narkomaniyada, narkotikanın biznesində, silah sürsatların daşınıb saxlanmasında, dövlət çevrilişində səylər göstərməsində və.s şərləyib qara zindanlara salmasından danışmamasına heçdə bəraət qazandırmır.

Bir televiziya kanalının ən təxribatçı fəaliyyəti sadəcə bir sözdür. Amma hazırda Mehdiyevin zindanlarında 50 yaxın fəal və nüfuzlu ruhanilər, dindarlar terror, narkotika ittihamı ilə həbsdə saxlanılır. Ramiz Mehdiyev nə üçün bu barədə danışmır? Demək, bu barədə Səhər kanalının danışmasını istəyir!

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır