Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Rusiyanın baş naziri Vladimir Putin sentyabrın 24-də hakim Vahid Rusiya Partiyasının qurultayında çıxış edib. O, başçılıq etdiyi partiyanın üzvlərinə səslənərək 2012-ci il martın 4-də keçiriləcək prezident seçkisində namizəd olmağa razılaşdığını bildirib.
Vladimir Putun prezident seçiləcəyi təqdirdə indiki dövlət başçısı Dmitriy Medvedyevin baş nazir kürsüsünü tutacağına inandığını vurğulayıb.
Vahid Rusiya Partiyasının Moskvada keçirilən qurultayında daha əvvəl çıxış edən Dmitriy Medvedyev Vladimir Putini növbəti prezident seçkisində namizəd olmağa çağırmışdı. 2008-ci ildə prezident seçilən Dmitriy Medvedyevin səlahiyyət müddəti 2012-ci ildə başa çatır. Həmin ilin martında yeni prezident 6 il müddətinə seçiləcək.
Vladimir Putin 2000-2008-ci illərdə prezident postunu tutub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır