Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
Vəkil bildirib ki, yeni şərlənməyə görə, Abgül Süleymanova 234.4.3-cü maddə ilə (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ittiham verilib. Eyni zamanda işə Cinayət Məcəlləsinin 228.1-ci maddə ilə (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) ittihamı əlavə olunub.
Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Avqust ayında Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının şərləyərək həbs etdiyi ruhani Abgül Süleymanova yeni ittiham irəli sürülüb. Vəkil Anar Qasımlının saytına verdiyi məlumata görə, Abgül Süleymanovun işi ağırlaşdırılıb. İndiyə qədər o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) şərlnərək ittiham olunurdu.