Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
Bu məlumata əsasən, İİR-nın İslam İnqilabı Keşikçilər Korpusu -Sepah iki gün öncə çevik hərbi əməliyyat icra edərək Sərdəşt yüksəkliklərində əks inqilabçıların əsas mərkəzlərini ələ keçirdi.
Həmçinin İranın İslam İnqilabı Keşikçilər Korpusunun quru qüvvələrinin Həmzə Seydul-Şühəda (ə) qərargahının komandanı general mayor pasdar Məhəmməd Təqi Osanlo Sepahın İranın şimal qərbindəki Sərdəşt kimi məntəqələrdəki son əməliyyatlarına işarə edərək deyib: Son əməliyyatlarda əks inqilabçı qruplara ağır zərbələr vuruldu, belə ki, onlar İran torpağını tərk etməyə məcbur oldular.
İRNA-nın verdiyi məlumata əsasən, İİR-nın keşikçilər korpusu - Sepahın İranın şimal qərb məntəqəsində terrorçu Pejak qruplaşmasına qarşı çoxlu əməliyyatlarının ardınca sepah qüvvələri sərhəd zonalarında yerləşiblər.
Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İİR-nın İslam İnqilabı Keşikçilər Korpusu İranın şimal qərb məntəqələrini terrorçu qruplaşmaların ünsürlərindən təmizlədikdən sonra sərhəd zonalarına nəzarəti ilə keçirib.