Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sudan ordusu, Sürətli Dəstək Qüvvələri ilə bir neçə gün davam edən toqquşmalardan sonra Şimali Kordofan əyalətindəki "Əb Qəud", "Ümm Samimə" və "Ab Sinun" dağı ərazilərini və onların ətrafını nəzarətə götürdüyünü açıqladı.
Birgə qüvvələrin dəstəklədiyi Sudan ordusu qüvvələri, Sürətli Dəstək Qüvvələri ilə şiddətli döyüşlərdən sonra Şimali Kordofan əyalətindəki "Əb Qəud", "Ümm Samimə" və "Ab Sənun" dağı və onların ətrafını nəzarətə götürməyə müvəffəq oldular.
Məlumata görə, nəzarət dairəsini genişləndirmək və geri alınan əraziləri təmin etmək üçün Sürətli Dəstək Qüvvələrinin qalan ünsürlərini təqib etmək üçün hərbi əməliyyatlar davam edir.
Qeyd edək ki, Sudan 2023-cü ilin aprelindən bəri Ordu ilə Sürətli Reaksiya Qüvvələri arasında müharibənin şahidi olur.
Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, bu münaqişələr on minlərlə insanın ölümünə və təxminən 13 milyon insanın didərgin düşməsinə səbəb olub ki, bu da ağır humanitar böhrana səbəb olub.
Sizin rəyiniz