19 sentyabr 2011 - 19:30

İlkin ehtimallara görə, partlayış bomba qoyulmuş mikroavtobusda baş verib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün Türkiyənin paytaxtı Ankarada partlayış baş verib.

Türkiyə paytaxtında baş vermiş partlayış terror aktı olub. bu barədə “Sabah” qəzeti hadisə yerində təhqiqat aparan Baş prokurorluğa istinadən yazır.

Partlayış nəticəsində üç nəfər ölüb, 20 nəfər yaralanıb. Yaralılardan 5-nin vəziyyəti ağırdır.

Polis eyni rayonda təkrar partlayışdan ehtiyat edir.

Hadisə yerinə təcili tibbi yardım maşınları gəlib.

İlkin ehtimallara görə, partlayış bomba qoyulmuş mikroavtobusda baş verib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır