Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:
Xəbərə görə, İspaniyanın Salt şəhərində məscid inşasına qarşı keçirilən mitinqlər hökumət tərəfindən yasaqlanıb. Buna səbəb kimi regionda qarşıdurmanın yarana biləcəyi göstərilib. Belə ki, müsəlman gəncləri ilə mitinqçilər arasında insidentin yarana biləcəyi təhlükəsi var.Hökumət polislərə regionu nəzarətdə saxlamağı tapşırıb.
Qeyd edək ki, 30 min əhalisi olan şəhərin 40 faiz əhalisi gəlmədir və onların da əksəriyyətini müsəlmanlar təşkil edir. Müsəlmanların çəhərdə məscid tikintisi üçün icazə alması digər xristian əhalini qıcıqlandırıb və onlar aksiyalara başlayıblar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır