25 avqust 2011 - 19:30

Bu gün Misirdə ilk dəfə milyonlarla insanın iştirakı ilə İsrail əleyhinə aksiyalar keçiriləcək

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:

Məlumata görə, diktator Hüsnü Mübarək devrildikdən sonra Misirdə ilk dəfə olaraq “Beynəlxalq Qüds günü” ilə əlaqədar genişmiqyaslı aksiyalar keçiriləcək. Cümə namazından sonra keçiriləcək aksiyalar paytaxt Qahirə də daxil olmaqla ölkənin bir çox şəhərlərində, o cümlədən İsrail sərhəddində keçiriləcək. Çoxsaylı insanların etiraz aksiyasından qorxan İsrail səfiri İshaq Lifaton Misiri tərk etmək məcburiyyətində qalıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır