23 avqust 2011 - 19:30

Məlumata görə, müşavirəni Ermənistan xarici işlər nazirinin köməkçisi Arman Kirakosyan və İsrail Xarici İşlər Nazirliyi siyasət idarəsinin rəhbəri Pinkas Avivi idarə ediblər

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:

Ermənistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, müşavirə əsnasında Ermənistan-İsrail əməkdaşlığı ilə əlaqədar mövzular, Yaxın Şərq və Cənubi Qafqaz bölgələrində baş verən hadisələrlə bərabər, ikili marağa səbəb olan digər mövzular da müzakirə olunub.

İsrail heyəti avqustun 23-də Üçkilsə (Eçmədzin) kilsəsinə gedərək erməni katolikosu II Qareginlə görüşüb. Heyət üzvləri daha sonra qondarma erməni soyqırımı qurbanları abidəsini və muzeyini ziyarət ediblər.

Xatırladaq ki, təxminən bir il bundan əvvəl də ABŞ xarici işlər naziri Hillari Klinton qondarma soyqırım abidəsi önündə baş əymişdi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır