Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:
Nümayişçilərdən biri səfirliyin yerləşdiyi binanın üstünə çıxaraq yəhudi dövlətinin bayrağını oradan çıxardıb və yerinə Misir bayrağı sancıb.
İsrailin Qahirədəki səfirliyi qarşısında cümə günündən başlayaraq etiraz nümayişi keçirilir. Aksiyada minə yaxın insan iştirak edir. Onlar Misir-İsrail sərhədində beş sərhədçinin həlak olmasından hiddətləniblər.
Avqustun 18-i axşam Sinay yarımadasında 5 Misir polisi həlak olub. Misir tərəfinin məlumatına görə, onlar Misirlə sərhəddə işğalçı İsrail vertolyotunun açdığı atş nəticəsində həlak olublar
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır