18 avqust 2011 - 19:30

Bu gün Misir paytaxtı Qahirənin mərkəzində İsrail əleyhinə etiraz aksiyaları keçirilib. Sərhəddə baş verən hadisə nəticəsində onlarla insan İsrail səfirin ölkədən çıxarılmasını tələb edib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:

Cümə axşamı İsrail vertolyotu Qəzza sektoru ilə sərhəddə olan Rafah şəhərinə atəş açıb və nəticədə Misir hərbiçilərinə də xəsarət yetirib. Hava hücumu zamanı sərhəd qoşunların bir əsgəri və təhlükəsizlik qüvvələrin iki əməkdaşı həlak olub.

Bundan əlavə, yerli televiziyanın verdiyi məlumata görə, atışma yerində daha iki Misir vətəndaşının meyiti tapılıb. Misir mediasının verdiyi xəbərə görə, İsrail tərəfi artıq etiraf edib ki, “səhvən” atəş açıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır