17 avqust 2011 - 19:30

Onların saxlanılmalarına səbəb üzərində hicab məhbuslarının şəkili olan təqvimlərin hazırlanması və əhaliyə paylanılması olub.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:

Azərbaycanın Firuzabadinin məlum çıxışından sonra İrana cavab olraq atdığı qeyri-normal addımları davam edir. Bu barədə ölkənin nüfuzlu politoloqları öz fikirlərini mətbuatla bölüşüblər.

Politoloq Ərəstun Oruclu mətbuata bildirib ki, hakimiyyət Firuzabadiyə sərt cavab verməyə çalışdı. Onun fikirlərinə görə qarşı tərəfə qarşı belə bir cavab metodu heç bir qanun çərçivəsinə sığmır: “Hakimiyyət İrana işlədiyini iddia elədiyi dindarları həbs eləməklə elə bil ki, İran ordusu baş qərargah rəisinin hədəsinə cavab vermiş oldu”.

Politoloq Elxan Şahinoğlu isə hakimiyyətin İrana bu şəkildə “cavabını” adekvat hesab etmir: “Əlbəttə, hökumət müəyyən addımlar ata bilər. Amma insanların cibindən narkotik ”tapmaq", üzərindən silah çıxarmaq kimi ittihamlara artıq Azərbaycanda heç kim inanmır".

Bundan əlavə dünən əldə etdiyimiz məlumata görə Yevlax Cümə məscidinin imam camaatı Hacı Ramin Quliyev və Yevlax ruhanisi Samir Məmmədov dünən səhər saatlarında həbs olunublar.

Məlumatda bildirilir ki, polislər Ramin Quliyevi və Samir Məmmədovu polis bölməsinə aparıblar. Lakin onların saxlanılması haqda heç bir məlumat verilmir.

Hazırda polis bölməsinin qarşısında çox sayda dindarların toplaşdığı qeyd olunur.

Lakin günorta saatlarında aldığımız məlumata görə hər iki dindar sərbəst buraxılıblar. Onların saxlanılmalarına səbəb üzərində hicab məhbuslarının şəkili olan təqvimlərin hazırlanması və əhaliyə paylanılması olub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır