Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:
Amerikanın Nyu-York şəhərinin əhalisi bu ölkənin dünyadakı müharibəpərəst siyasətlərinə etirazı olaraq aksiya keçiriblər.
Dünən Nyu-Yorkdan Harlem məntəqəsində keçirilmiş aksiya iştirakçıları Liviya , Fələstin , Tunis və İraq və Əfqanıstanın bayraqlarını daşıyaraq Ağ Evin dünyanın başqa məntəqələrinə xərcli qoşun yeritməsini pisləyiblər.
Aksiya iştirakçıları həmçinin bildiriblər : Amerika və başqa Qərb ölkələrinin misli görünən iqtisadi böhranla əlbəyaxa olduğu bir vəziyyətdə Obama hökuməti Amerika xalqı pullarını başqa ölkələrin müdafiəsiz xalqına qarşı silah düzəldib , istifadə etmək üçün xərcləmək yerinə ABŞ xalqını problemlərini həll etməlidir
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır