Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:
Hakkari vilayətinin Çukurca qəsəbəsində hərbi maşın karvanının minaya düşərək partlaması, daha sonra PKK terrorçularının atəşinə məruz qalması nəticəsində 8 türk əsgəri şəhid olub, 9 əsgər yaralanıb.
Partlayış zamanı ölənlərdən biri yüksək rütbəli zabitdir. Yaralılar vertolyotla Hakkari hərbi hospitalına çatdırılıb, onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Bakı vaxtı ilə saat 11.00 radələrindən baş verən partlayışdan sonra hərbçilərlə terrorçular arasında başlayan atışma davam edir. Bölgədə cəmləşmiş terrorçuları zərərsizləşdirmək üçün təhlükəsizlik qüvvələri tərəfindən xüsusi əməliyyat keçirilir. Əməliyyata döyüş vertolyotları da cəlb olunub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır