Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Hacı Möhsün Səmədov, partiyanın sədr müavini Hacı Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Ruhulla Axundzadə, Hacı Möhsün Səmədovun qayını Firdovsi Məmmədrzayevin, qohumu Dəyanət Səmədovun, Masallı ruhanisi Seyid Fəramiz Abbasovun və ruhani Hacı Zülfüqar Mikayılovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
İclasın başlamasına bir neçə dəqiqə qalmış Hacı Möhsün Səmədov jurnalistlərin hicab qadağasına qarşı mübarizənin metodları barəsində verdiyi suala belə cavab verib : “Hər kəs necə bacarır elə də etsin. Biz xahişi qəbul etmirik, biz məsələnin izzətlə həllini istəyirik."
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır