Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:
Layihə elə prezidentin özü tərəfindən ötən ilin dekabrından təklif olunmuşdu.
Qanuna əsasən dini mərkəzlərdə təhsil alanlardan başqa heç bir uşaq dini birliklərin fəaliyyətində iştirak edə bilməz.
Qeyd edək ki, bu qanun layihəsi hüquqmüdafiəçilərinin, Tacikistan İslamın inkişafı Partiyasının, ilahiyyatçıların, Qərb ölkələrinin və Tacikistan xristian ictimaiyyətinin narazılığan səbəb olub. Ölkə hakimiyyəti isə bu addımı dövlətin dünyəviliyinin saxlamaq cəhdi ilə izah edir. Qanun layihəsi bu gündən qüvvəyə minir.
Xatırladaq ki, Tacikistan yerli imamların cümə söhbətləri üçün ancaq siyahıda verilmiş mövzulardan istifadə edə biləcəklərini bildirib. Bunun üçün Respublikada 52 konspektli (həftələrin sayına görə) xütbəli kitab çıxarılacaq. 2010-cu ilin oktyabr ayından Üləmalar Şurasının yeni rəhbəri Seyid Mükərrəm Abdulqadirzadə seçilib. O zaman bu, bir çoxları tərəfindən əhalisinin 99 faizi müsəlman olan ölkədə dini məsələlərə nəzarət etmək üçün bir addım kimi qəbul olunmuşdu.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır