Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Milli.az portalının verdiyi xəbərdə bildirilir ki, Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) orta məktəblərdə hicab qadağasını ləğv etmək üçün apardığı kampaniyaya münasibət bildirərkən “Orta məktəb şagirdlərinin dərsə hansı formada gəlməsini hər hansı qrup və hərəkat müəyyən etmir. Bu, qanunla müəyyən olunur” kimi çətin anlaşılan fikir bildirib.
Onun sözlərinə görə, “Təhsil haqqında” qanuna, eyni zamanda, Nazirlər Kabinetinin təsdiqlədiyi “Ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsi”nə əsasən, şagirdlərin geyim forması məktəblərin ali orqanı, yəni Pedaqoji Şura tərəfindən müzakirə olunur və həll olunur.
“Əvvəllər həmişə jurnalistlər və ictimaiyyət nümayəndələri nazirlik qarşısında məsələ qaldırardı ki, niyə məktəbli forması tətbiq olunmur. İndi artıq məktəbli forması tətbiq olunub. Məktəbli formasının tətbiqi haqqında təhsil nazirinin əmri də belə oldu ki, bu məsələ bilavasitə valideynlər, yuxarı sinif şagirdləri, məktəb kollektivi, ictimaiyyət nümayəndələrinin rəyi, birgə məsləhətləşməsi nəticəsində həll olunsun. Biz tərəfdarıyıq ki, şagirdlər eyni geyim formasında məktəbə gəlsinlər. Nizamnamənin 1.8-ci maddəsində də qeyd olunub ki, şagirdlərin geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur. Azərbaycan dünyəvi dövlətdir. Şagirdlər də qanuna uyğun olaraq, məktəbə vahid geyim formasında gəlməlidirlər”, - Aydın Əhmədov deyib.
Nazirlik rəsmisi bildirib ki, müəyyən rayonlarda hicabla dərsə gələn şagirdlər var. Amma ümumilikdə ölkənin orta məktəblərində belə şagirdlərin sayı həddindən artıq azdır.
Növbəti tədris ilində hicab taxan şagirdlərin dərsə hicabsız gəlməsi üçün görülən tədbirlərə gəldikdə, Aydın Əhmədov deyib ki, bununla bağlı müəyyən işlər görülür. Rayon təhsil şöbələri və digər aidiyyəti şəxslər tərəfindən müəyyən təbliğat işləri aparılır və valideynlərə bu məsələ ilə bağlı mövcud qanunvericilik izah edilir.
“Amma hicaba görə şagirdləri məktəbə buraxmamaq, dərsdən kənarlaşdırmaq söhbəti yoxdur. Sadəcə olaraq, bu məsələ ilə bağlı mövcud qanunvericilik camaata izah olunur”, - Əhmədov söyləyib.
O, deyib ki, müəyyən valideynlər uşaqlarının dərsə hicabla getmələrini əsaslandırmağa çalışırlar. Amma məlum olur ki, hicab taxmaq şagirddən deyil, valideyndən asılıdır.
“I sinfə gedən uşaq heç hicabın mahiyyətini başa düşmür. Hicab taxmaq müəyyən valideynlərin öz uşaqlarını bu məsələyə tabe etdirmək istəyindən irəli gəlir. Amma əlimizdə qanun var. Hamımız da o qanuna tabeyik. Məktəb özü, öz nizamnaməsi ilə bunu həll edir”, - Aydın Əhmədov bildirib.
Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzi orta məktəblərdə hicab qadağasını ləğv etmək üçün müraciət kampaniyası aparıb. Bu kampaniya çərçivəsində Azərbaycan vətəndaşlarından 100 mindən artıq imza toplanıb. Müraciətə qoşulanlar arasında bir sıra tanınmış şəxslər də var. (Milli.Az)
Bununla bağlı DEVAMM sədri Hacı İlqar İbrahimoğludan şərh aldıq. Hacı İlqar bildirdi ki, Mərkəz bu təşəbbüsü irəli sürəndə, bunu nazirliyə deyil, dövlət başçısına müraciət formatında edib: "Bundan əlavə, hədəf məhz problemin həllidir. Problemi görməməyə çalışmaq - çıxış yolu deyil. Əfsus ki, Təhsil Nazirliyi dini etiqad azadlığının pozulmasını "izahat işi", "maarifləndirmə" kimi ifadələrlə pərdələyir. Biz çox acıyırıq ki, hörmətli Təhsil Nazirliyi səy və bacarıqlarını təhsilin səviyyəsinin artırılmasına, məktəblərin müasir standartlara uyğun hala gətirilməsinə deyil, etiqadına riayət edən insanları etiqaddan döndərməyə sərf edir".
DEVAMM sədri "dünyəvilik" məfhumu ilə bağlı məsələyə də aydınlıq gətirdi: "Hüquqşünaslar, nəzəriyyəçilər, hüquq müdafiəçiləri, dünya səviyyəli ekspertlər "dünyəvilik" barədə aydınlıq gətirməkdən yoruldu, amma hörmətli məmurlarımız bu məfhumu təhrif etməkdən yorulmadı. Artıq neçə dəfə izah edilib ki, dünyəvilik - ilk növbədə insan haqları və azadlıqlarının qorunmasını ehtiva edir, beynəlxalq-hüquqi sənədlərlə təsbit edəb haqları ölkə qanunvericiliyində əksini tapması ilə xarakterizə olunur. Məhz elə dünyəvilik şagirdlərin hicab azadlığının qorunmasını təmin edir. Məhz elə dünyəvilik insan haqlarının ümdə rolunu önə çəkir. Məhz elə dünyəvilik prinsipinə görə təhsil məmurları hicablı şagirdləri dərsə buraxmaya bilməzlər. Məhz elə dünyəviliyə görə nizamnamələrə insan haqlarını pozan müddəalar daxil edilə bilinməz. Əfsus ki, bu kateqoriyalar olduğu kimi qəbul edilmir, fərdlərin istədiyi kimi hallandırılır".
Hacı İlqar İbrahimoğlu bir daha "Yüzminlik müraciət"in hədəflərinə toxundu: "Bu, qayəsi parçalanmaqdan qurtulmaq olan, birləşdirmək olan, vəhdətə gətirən bir təşəbbüsdür. Hər kəsə aydındır ki, 100 000 imza - 500 min, 1 milyon, bəlkə də daha çox rəy deməkdir. Bu imzaların özü - cəmiyyətdə birliyə, vəhdətə, dövlətçiliyin möhkəmlənməsinə xidmət edən amildir. Savadsız analar heç bir cəmiyyəti inkişafa aparmaz. Əqidəsindən imtinaya məcbur etmək - heç bir topluma başucalığı gətirməz. Dindarları marginallaşdırmaq cəhdi - çox zərərli bir tendensiyadır. Bu kampaniya məhz bütün bu problemləri köklü həll etmək, cəmiyyətdə, sülhü, razılığı, barışığı, əmin-amanlığı bərqərar etmək niyyəti güdür. İnşaallah ki, artıq böyük bir hədəfə çatılıb - problemləri elliklə çözmək ənənələri bərpa edilməkdədir. Uca Allahın lütfü ilə, təşəbbüs əsas hədəfinə də yetişər, Azərbaycanımızın qızları tədrisdən kənarda qalmaz. Ümid edirik