Keçən Cümə günü ustadımız höccətül-islam vəl-müslimin seyyid Həsən Amilinin Qarabağ haqqında buyurduğu dəqiq də düzgün kəlmələr çoxlarında olduğu kimi məni də həm sevindirdi, həm də kədərləndirdi. O cəhətdən sevindim ki, artıq hamıya gün kimi aydındır ki, Qarabağı Allaha iman və millətin bu yolda vəhdəti gücünə geri almaq olar. Kədərləndim ona görə ki, bütün bunları ölkədə iqtidar gün kimi aydın bildiyi halda, bu məsələnin əks istiqamətində plan qurulur və mübariz, imanlı və inanclı insanların başlarına bu günə kimi hansı çətinliklər, repressiyalar, haqsızlıqlar gəldiyi də məlumdur.
Bəs Vətəni kim və necə müdaifə etməlidir? Cavab budur ki, əslində, Vətəni hamı bir nəfər kimi müdafiə etməlidir. Buna şübhə yoxdur amma, məsələ burdadır ki, Vətəni tək silah-sursat, top, qırıcı və s.. şeylərlə almaqla müdafiə etmək olmaz. Bunu həm keçmiş tarix göstərir, həm də müasir dövrümüzdə olan hadisələr. Mən xülasə şəkildə hər birinə işarə etməklə kifayətlənəcəm. İslam tarixində İslam Peyğəmbərinin (s) ilk döyüşünü xatırlatmaq kifayətdir. Tarixdə Bədr döyüşü adı ilə tanınmış bu müqayisə olunmaz bərabərlikdə düşmən tərəflə müqayisəyə diqqət edin: Müsəlmanlar mübarək ramazan ayında İslam Peyğəmbəri (s) və Əmirəlmöminin Əli ibn Əbi Talib (ə) başda olmaqla, 313 nəfərlə 950 nəfər tam şəkildə silahlanmış düşmənə qalib gəlirlər. Yəni, hər bir nəfər müsəlman müqabilində üç nəfər müşrik qərar tutur. Amma Allaha iman, etiqad və mübarizə ruhiyyəsi başda olmaqla müsəlmanlar qalib gəlirlər. Ona görə də Allah-Taala bu döyüşü Quranın Ənfal surəsində çox açıqlayır və Allaha olan inam və imanın hər bir mübarizədə nə qədər mühüm olduğunu təkidlə vurğulayır. Həmin surədə döyüş vaxtı Allah-Taala müsəlmanlara köməyinin bir neçəsinə işarə edir, buyurur: “(Döyüşdə düşmənlə) üz-üzə gəldiyiniz zaman Allah olacaq işi yerinə yetirmək məqsədilə onları sizin gözünüzdə (sayca) az göstərir....” (Ənfal surəsi 43) Deməli, müsəlmanlar nə qədər Allaha yaxın olsalar və Onun buyurduqlarına qadağan yox əməl etslər, Allah-Taala, saylarının çox olmalarına baxmayaraq, düşmən tərəfi müsəlmanların gözündə az və kiçik göstərər. Daha sonra Quranda oxuyruq: “O zaman (Bədr döyüşündə) siz (dua edərək) Rəbbinizdən kömək diləyirdiniz. (Allah:) "Mən sizin imdadınıza bir-birinin ardınca gələn min mələklə çataram!" - deyə duanızı qəbul buyurmuşdu.” (Ənfal surəsi 9). Burdan da məlum olur ki, möminlərin döyüş zamanı Allah-Talla tərfindən düşmən müqabilində həm maddi və həm də mənəvi köməyi şübhəsizdir.
Amma, müasir dövürdə həmin haləti biz, səkkiz ildə Səddam rejiminin və dünyanın amerika kimi ölkələri başda olmaqla, otuzdan çox ölkənin haqsız olaraq, torpaqlarına təcavüz olunmuş İran İslam Respublikasında müşahidə edirik. Silah-sursat və s. cəhətdən düşmən tərəfdən üç dəfə az amma, Allaha iman, etiqad və mübarizə ruhiyyəsi yüksək səviyyədə olan iranlı qardaşlarımız Allah-Taalanın köməyi və İmam Xomeyni (r) kimi xalis və mübariz rəhbərin (Vilayəti fəqihin) köməyi ilə düşmənin gözlərini ovmuş və öz ölkəsinin bir qarış da olsa torpaqlarından düşmənə verməmişlər. Buna görə də bu səkkiz illik döyüşlər İranda Müqəddəs müdafiə adlanır. Ustadımız seyyid Həsən Amili əslində, Ərdəbilin Cümə namazında bunu demək istəyirdi.
Lakin, bu gün bizim Vətənimizdə nələr baş verir və nələr baş verməlidir? Məsələ burasındadır ki, kimlərinsə səhv siyasəti nəticəsində 20 illik müharibədə biz maddi cəhətdən uduzmuşuq. Yəni, konkret olaraq torpaqlarımızın 20%-i düşmənin əlindədir. Amma, mənəvi və ruhiyyə cəhətindən düşməndən qat-qat üstünük. Bəs neyləməli və düşmən üzərində tam qələbədən ötrü ölkədə hansı zəruri və təcili addımlar atılmalıdır. Mən döyüş bölgəsində könüllü olmuş və atəşkəs olana kimi də olsa vuruşmuş bir ruhani kimi qısa da olsa, bəzilərinə işarə etmək istərdim:
1.Ölkəmizdə tam şəkildə müharibə əhval ruhiyyəsi və Müqəddəs Müdafiənin bərpası istiqamətində köklü islahatlar getməli;
2.Ölkəmizdə İslama, Qurana və mübariz alim, ziyalı, inanclı insanlara qarşı repressiyalar dərhal dayandırılmalı, haqsız həbs olunmuş bütün vətəndaşlar, din xadimləri, ziyalılar, mübarizlər, cavanlar və şairlər zindandan izzətlə azad olunmalı və bütün bu haqsızlıqlara görə onlardan rəsmi şəkildə üzürxahlıq olunmalı;
3.Müharibə və Müqəddəs Müdafiə devizləri bütün ölkəni bürüməli, təcili şəkildə ən mübariz din xadimləri və inanclı vətəndaşların könüllü qruplaşmaları və silahlanmaları başlamalıdır; döyüşə qatılmaqdan ötrü bütün ölkə boyu yerlərdə könüllülər arasında döyüş təlim işləri başlanmalı;
4.Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi tam şəkildə islah olunmalı, bu nazirliklərdəki indiki rəhbərliklər bütünlüklə dəyişməli, onların yerinə Vətəni göz-bəbəyi kimi sevən və hər an ölümə hazır olan imanlı və şücaətli mütəxəssislərdən, onların öz seçdiyi heyətlə bu nazirlikləri təzədən təşkil etməli;
5.Vətənimizin son qarış torpağı azad olana qədər ölkə rəhbəri döyüş paltarın əynindən çıxarmamalı və bütün gününü əldə silah döyüş bölgələrində keçirməlidir; ölkədə bütün şou-şənliklər və kazinolar, qumarxanlar, kef məclisləri və müsəlman xalıqımızın mənəviyyatına, namusuna və qeyrətinə ləkə gətirən bütün proqamlarını qadağan və ləğv etməli;
6.Ölkəmizdə milli barışıq elan olunmalı, İslam, Quran və Əhli-Beyt (ə) məktəbi əsasında gənclər tam şəkildə maariflənməli və Müqəddəs Müdafiəyə ruhi cəhətdən hazırlanmalı, bu sahədə ən mübariz və ixlaslı din xadimlərindən bəhrələnməli;