30 iyul 2011 - 19:30

Əgər bu limit qaldırılmasa Birləşmiş Ştatlar cidi maliyyə problemilə üzləşə bilər.

Əhli Beyt -ABNA- xeber agentliyinin verdiyi xəbərə əsasən: ABŞ senatı büdcə xərclərinin 900 milliard dollar ixtisarıyla bağlı nümayəndələr palatasının qəbul etdiyi qanun layihəsini rədd edib.

 59 senator qanun layihəsinin əleyhinə, 41-i isə lehinə səs verib.

Bu sənədə qarşı çıxan Obama hökuməti bir daha respublikaçıları borc limitinin artırılmasında kompramisə gəlməyə çağırıb.

Əgər bu limit qaldırılmasa Birləşmiş Ştatlar cidi maliyyə problemilə üzləşə bilər.

Hazırda ABŞ-ın federal borc limiti 14.3 trilyon dollardır. Obama höküməti ABŞ vətəndaşlarının diqqətini bu məbləğdən və mövcud problemlərdən yayındırmaq məqsədi ilə yaxın şərq ölkələrində gondarma terrorizimlə bağlı qabaqkı hökümətlərin dövründə start verilmiş əməliyyatların aparılmasının müddətini artırmaq niyyətindədir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır